16 avqust 2010 15:48
Bayern Münich hücumçusunu itirdi
Almaniyanın “Bayern Münich” klubunu İvitsa Oliçi zədə səbəbindən itirə bilər. Azerisport.az xəbər verir ki, klubun çalışdırıcısı Lui vvan Qal onu ölkə Kubokunda 5-ci divizion təmsilçisi “Germania Windeck”-lə oyunda görmək istədiyini bildirdi.
Məlumata görə, Oliç dizindən zədə alıb və buna görə də oyunu tribunadan izləməli olacaq. Həmçinin, müdafiəçi Daniel va Büyten də zədəyə görə görüşü buraxmalı olacaq.
“Hal hazırda Oliçin vəziyyəti barəsində nəsə demək çətindi. Lakin o dizindən çox pis zədə aldı. Nəzərə almaq lazımdı ki, onun dizi bundan əvvəl də yaxşı vəziyyətdə deyil idi. Bu görüşə o dəqiq meydançaya çıxmayacaq”, - van Qal bildirdi.
