16 avqust 2010 16:16
Millinin daha bir toplanışı
Avqustun 23-dən 26-dək Bakıda Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, hazırlıq prosesinə bu futbolçular dəvət olunub:
Qapıçılar: Kamran Ağayev, Səlahət Ağayev, Aqil Məmmədov
Müdafiəçilər: Saşa Yunisoğlu, Nodar Məmmədov, Volodimir Levin, Ruslan Abışov, Vurğun Hüseynov, Rail Məlikov, Ruslan Əmircanov, Elnur Allahverdiyev
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Tərlan Quliyev, Aleksandr Çertoqanov, Aqil Nəbiyev, Arif Dəşdəmirov, Amit Quluzadə, Fabio Luis Ramin, Cavid Hüseynov, Araz Abdullayev
Hücumçular: Cavid İmamverdiyev, Vaqif Cavadov, Fərid Quliyev.
Mənbə: AFFA
