16 avqust 2010 16:28
Qarabağ üçün rumıniyalılar
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Dortmund şəhərindəki “Westfalen Stadion”-da keçiriləcək “Borussia” – “Qarabağ” oyununun hakimlər müəyyən olunub. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşün baş hakimi Pavel Kristian Balay olacaq. Ona laynsmenlər Zoltan Szekeli, İonel Popa və dördüncü hakim Auqustus Viorel Konstantin kömək edəcəklər. Hakimlər briqadası Rumıniyadandır.
