17 avqust 2010 00:00
Qarabağ razılıq versə Cavadov Bakı`ya keçəcək
Azərbaycanlı futbolçu Vaqif Cavadov yeni mövsümü "Bakı"-da keçirə bilər. Azerisport.az xəbər verir ki, bu məsələdə son söz "Qarabağ"-ın rəhbərliyindədi.
"Twente" Vaqifi ancaq "Qarabağ"-a buraxmağa hazırdı. Elə ola bilər ki, hollandiyalılar Vaqifi "Bakı"-ya buraxacağlar. Lakin bu o halda baş verə bilər ki, "Qarabağ" öz razılığını versə. Vaqif Azərbaycanda olanda biz onunla görüşdük və öz təklifimizi bildirdik. O bunun əleyhinə deyil, ancaq son söz "Qarabağ"-ındı. Əgər ağdamlılar razılıq versələr, onda Cavadov "Bakı"-nın heyətində artıq bu mövsüm çıxış edəcək", - azerisport.az saytına "Bakı"-nın baş meneceri Zeynal Məmmədov bildirdi.
Qeyd edək ki, bundan əvvəl Cavadov saytımıza verdiyi açığlamada bildirmişdir ki, o Azərbaycandan iki təklif alıb və vətənə qayıda bilər. Həmçinin əlavə etdi ki, paytaxt komandası ona daha böyük məbləğ təklif edirş
