16 avqust 2010 00:02
İspaniya Superkuboku: Sevilla ilk oyunda Barca`nı məğlub etdi
Bu gün İspaniya Superkubokunun ilk oyunu keçirildi. Azerisport.az xəbər verir ki, ilk oyunda "Sevilla" öz meydançasında "Barcelona"-nı 3:1 hesabı ilə məğlub etdi.
Qolları Zlatan İbrahimoviç (0:1), Luis Fabiano (1:1) və Frederik Kanut (2:1, 3:1) vurublar. Cavab oyunun avqustun 21-də "Camp Nou" stadionunda keçiriləcək.
