16 avqust 2010 00:11

Çempionatın birgünlük vahid lideri, ən uğurlu transferi və Bakı`dan növbəti "sensasiya"

Bu gün Azərbaycan Premyer-liqasının 2-ci turun oyunları keçirildi. Azerisport.az xəbər verir ki, turun əsas sensiyasının səbəbkarı növbəti dəfə "Bakı" oldu. Paytaxt komandası qonaq meydançasında 1:0 hesabı ilə Səlyanın "Muğan" klubuna məğlub oldu.

Oyunun özü 1-ci dəqiqədən 90-cı dəqiqəyə kimi sakit məcrada keçdi. "Muğan" ilk dəqiqələrdən göstərdi ki, "Bakı"-ya mübarizəsiz təslim olmayacaq. Və deyəsən məhz buna görə də "Bakı" futbolçularını özünü itirdilər. İlk hissədə paytaxt komandası ümumiyyətlə heç hücum edə bilmirdi. Oyunun favoriti sayılan "Bakı" əsasən müdafiə olunurdu. Ümumiyyətlə komandada heç bir istək və həvəs görünmürdü. "Muğan" isə demək olar ki oyuna nəzarət edirdi və bunun məntiqi nəticəsi kimi, 75-ci dəqiqədə uruqvaylı futbolçu Qutinin zərbəsindən sonra hesabı açdı. 1:0 – və "Bakı"-nın baş məşqçisi Vinfrid Şefer ikinci turda da komandası ilə heç olmasa bir xal əldə edə bilmir.  Bu da narahatlıq doğuran bir məqamdı. Belə oyunçular və məşqçisi olan komanda iki oyun dalbadal məğlub olmamalıdı. Nəzərə alsaq ki, hər iki məğlubiyyət çempionatın favoritlərindən yox, ortabab komandalarından olub.
 
Digər bir oyun Qəbələdə yerli komanda ilə "Neftçi" arasında baş tutdu. Görüş "neftçilərin" üstünlüyü ilə başladı: görünürdi ki, qonaqlar erkən qol vurmağa can atırlar. Lakin "Qəbələ"-nin qapıçısı Kamara buna imkan vermirdi. İlk hissədə paytax klubu bir neçə təhlükəli vəziyyət yaradmışdı, lakin son zərbə vuran tapılmırdı: gah zərbə alınmırdı, gah endirilmirdi. İkinci hissənin əvvəlində isə tərəflər rollarını dəyişdilər. Meydan sahibləri oyunun ikinci yarısını daha aktiv başladılar, və artıq hissənin əvvəlində hesabı aça bilərdilər. Lakin Qribauskas "Neftçi"-ni real qoldan xilas etdi. Lakin sonradan oyun bərabərləşdi və artıq qonaqlar təşəbbüsü əllərinə keçirdi. Və bunun nəticəsi kimi, Rəşad Abdullayev 69-cu dəqiqədə uzağdan vurulan çox gözəl zərbə ilə "neftçiləri" irəli çıxartdı. Qoldan sonra da "Neftçi" təşəbbüsü əldən vermək istəmirdi. Və artıq 7 dəqiqədən sonra özbək futbolçu Bahodir Nəsimov ikinci oyununda da qol vuraraq hesabı 2:0 etdi. Maraqlıdır ki, bu futbolçu artıq 6 oyun dalbadal qol vurur. Etiraf etmək lazımdı ki, bu çox uğurlu transferdi. Əgər oyunçu bu oyunun davam etdirsə "Neftçi"-də qol vurmaq problemi təmamiylə yox olacaq. Lakin hələ iki oyun keçirilib və hər şey irəlidədir. "Qəbələ" isə bu dəfə qeyri-stabil futbol nümayiş etdirdi. Görüşün bir hissəsində futbolçularda hər şey alınırdı, digər hissəsində isə yox. Toni Adams yetirmələri ilə hələ də çox işləməlidi. Belə qeyri-stabil oyunla uğur əldə etmək alınmayacaq.
 
"Simurq" isə öz meydançasında XL-i qəbul edirdi. Demək olar ki oyun başlayan kimi qol gəldi: Elnur Allaherdiyev küncdən verilən ötürməni başla qapıya göndərərək hesabı artıq 6-cı dəqiqədə XL-in xeyirinə edir. Bundan sonra isə lənkəranlılar "söndü". Zaqatala təmsilçiləri təşəbbüsü tam olaraq əllərinə keçritdilər, lakin təhlükəli zərbələr gəlib çıxmırdı. Təkcə hissənin sonunda Əli Bağırov təhlükəli zərbə endirdi, lakin Kəmran Ağayev yerində idi. İkinci hissə də XL-in üstünlüyü ilə başladı. Və yenidən lənkəranlılar qol vurdular: 47-ci dəqiqədə yeni trasnfer Diyeqo Ruis XL-in ikinci özünün isə birinci qolunu vurdu. Bundan sonra da 1-ci hissənin ssenarisi davam etdi; yenidən lənkəranlılar sakitləşdi. Qoldan sonra Samir Əliyev cərimə zərbəsindən topla çarpazı tapdı. Bundan sonra isə hər iki komanda anladı ki hesab dəyişməyəcək və oyun təmamiylə sakitləşdi.
 
Turun son görüşü isə "İnter" və MOİK arasında baş tutdu.       Bu görüş də çox sakit başladı. İlk dəqiqələrdə MOİK daha aktiv görsənrdi və hətta bir-iki təhlükəli vəziyyət yaraddı. Lakin sonradan "bankirlər" təşəbbüsü təmamiylə əlinə keçirdi. Düzdü birinci hissədə təhlükəli vəziyyətlər çox yaranmırdı. Lakin ikinci hissədə sanki meydançada iki komandanın oyunu yox, "İnter"-lə qapıçı Amiran Qvensadze mübarizəsi gedirdi. Qapıçı oyunun əsl qəhrəmanı oldu. Hər iki hissədə MOİK demək olar ki topu görmürdü. Qvensadze isə qapını çox yaxşı qoruyurdu. Lakin 85-ci dəqiqədə "hərbiçilərin" futbolçusu cərimə meydançasında əlnən oynadı və bunun nəticəsi kimi hakim 11-metrəlik cərimə zərbəsini təyin etdi. Mario Souza topa yaxınlaşdı, zərbəsini endirdi və 1:0 "İnter" hesabı açdı. Oyun elə bu hesabla da başa çatdı.
 
Dünən isə turun bir görüşü keçirildi. AZAL Tovuzun "Turan" komandasının qəbul edirdi. Görüş haqqında nə demək olar... Çox darıxdırıcı oyun idi. Görüş daha çox sparrinqə bənzəyirdi. AZAL-ın futbolçuları sanki "Bakı"-nı ilk turda məğlub edəndən sonra artıq çempionatın qalibi idilər. Sanki oyunun nəticəsi heçnəyi həll etmir. Buna baxmayaraq, AZAL ikinci hissədə qol vuraraq çempionatın vahid lideri oldu. Düzdü, cəmi birgünlük lideri. Oyunda yeganə qolu "təyyarəçilərin" heyətində Draqan Mandiç vurdu.
 
Turun "Qarabağ" – "Gəncə" oyunu isə müəyyən olan səbəblərə görə təxirə salınıb.
 
2-ci turun nəticələr:
AZAL – TURAN - 1:0
Mandiç, 70 (1:0) 
 
QƏBƏLƏ – NEFTÇI - 0:2 
Rəşad Abdullayev, 69 (0:1), Bahodır Nəsimov, 76 (0:2)
 
MUĞAN – BAKI - 1:0 
Quti, 75 (1:0)
 
SIMURQ – XL - 0:2
Elnur Allahverdiyev, 6 (0:1), Diyeqo Ruis, 47 (0:2)
 
İNTER – MOIK - 1:0
Mario Souza, 86 (1:0)
 
QARABAĞ – GƏNCƏ - oyun təxirə salınıb

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.