16 avqust 2010 13:00
Vaqif Cavadov seçim qarşısında
Azərbaycanın “Qarabağ” klubu Vaqif Cavadovun transfer sənədlərini geri qaytardı. Azerisport.az xəbər verir ki, bunu klubun baş meneceri Emrah Çelikel bildirib. “Cavadovun müqaviləsində bir bənd var və orada deyilir ki, onun digər kluba keçidi zamanı “Qarabağ” bəzi faizlərini alacaqdı. Amma indi biz bu bəndi dəyişdirdik. Onun trasnfer sənədləri yenidən bizim sərəncamızdadır. İndi Vaqif özü seçməlidi harada karyerasını davam etdirəcək”, - Çelikel dedi.
