17 avqust 2010 13:28
Fenerbahçe forvardını itirə bilər
Türkiyənin "Fenerbahçe" komandasının hücumçusu Daniel Quiza İspaniyanın "Hercules" komandası ilə razılığa gəldi. Azerisport.az xəbər verir ki, Primera-nın yeni üzvünün prezidenti Enrike Ortis futbolçuya dördillik müqavilə təklif etdi. Quiza İspaniyaya qayıtmaq istəyir və ümid edir ki, İstanbul klubunun rəhbərliyi onu 4 milyon avroya buraxacaq. Lakin məlumata görə, "Fenerbahçe" futbolçuya görə 7 milyon avro istəyir, Ortis isə bununla qəti razılaşmır.
Mənbə: AS
