17 avqust 2010 14:20
Əfran İSMAYILOV: Biz Borussia`nı məğlub edə bilərik
Azərbaycanın "Qarabağ" klubunun yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibə verdi.
Əməliyyət necə keçdi?
Həkimlərin sözlərinə görə, çox uğurlu. Artıq özüm hərəkət edə bilirəm, düzdü ancaq qoltuqağacı ilə.
Həkimlər nə deyir?
Əvvəlki halıma qayıdmaq üçün iki aya yaxın vaxt lazım olacaq – əgər həkimlərin bütün göstərişlərini yerinə yetirsəm.
Meydançaya haçan qayıdacaqsız?
Yəgin ki, artıq gələn ilin yanvarında artıq komanda ilə məşqlərə başlaya biləcəm.
Uzun müddətə futboldan kənarda qalacağınızı biləndə nə hiss etdiniz?
O qədər şey baş verdi ki! Açığı deyim, bunları yadıma salmaq istəmirəm. Təzəlikcə özümə gəlirəm.
Psixoloqa müraciət etmisiniz? Siz hələ ki gəncsiz və hər cür fikirlər ağıla gələ bilər.
Mən dindar insanam və hər şeyə ağılla yanaşıram. Buna görə də psixoloq mənə lazım gərək deyil. Hər şeyi anlamışam.
Komanda yoldaşlarınız hamısı bir nəfər kimi bildirdilər ki, sizsiz çətin olacaq. Bəs siz özünüz necə hesab edirsiz?
Onların belə fikirləşdiyi mənə xoşdu. Ola bilər ona görə ki, mən çox vururdum.Digər tərəfdən, "Qarabağ"-ın uğuru tək məndən asılı deyil. Biz ilk növbədə komanda oyunu ilə güclüyük. Və mən düşünmürəm ki, mənsiz komanda məğlub olacaq.
Əfran İsmayılovun yerinə indi kim qol vuracaq?
Rauf Əliyev və Rəşad Sadiqov bu işi yerinə yetirə bilərlər. Onlar yaxşı futbolçulardı və hətta Dortmundda da fərqlənə bilərlər.
Komandadan ilk oyunda nə gözləyirsiz?
Ümid edirəm ki, layiqli oyun göstərəcəyik. Biz həm müdafiədə, həm də ki hücumda diqqətli olmalıyıq. Çətin ki bizdə çoxlu xəziyyətlər olsun. Buna görə də onları boşa vermək olmaz.
Hansı nəticə komandanı ilk oyunda qane edər?
Heç-heçə ideal nəticə olardı. Bakıda azərkeşlərin güclü dəstəyi ilə biz "Borussia"-nı məğlub edə bilərik.
