17 avqust 2010 15:35
Arqentina yığmasının hücumçusu Messini tənqid etdi
Arqentinanın "Boka Juniors" klubunun hücumçusu Martin Palermo İspaniyanın "Barcelona" və Arqentinanın millisinin oyunçusu Lionel Messini tənqid etdi. Azerisport.az xəbər verir ki, Palermonun sözlərinə görə, Messiyə liderlik xüsusiyyətləri çatışmır.
"Messi Maradona deyil. Məncə, Lioneldə Maradonanın xarakteri yoxdu. Komandanı öz üzərində daşımağa hazır deyil. Messi liderlik yükünü daşıya bilmir. O bunu edə də bilməyəcək, çünki belə məhsuliyyətə öyrəşməyib. O başqa cür tərbiyyə olunub, digər şəraitlərdə böyüyüb. Messi "Barcelona"-nın məktəbində 12 yaşdan çalışır", - Palermo dedi.
Mənbə: AP/America TV
