17 avqust 2010 15:49
Vaqif Cavadov artıq Twente`nin oyunçusu deyil
Hollandiyanın "Twente" klubu Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovla müqaviləsini pozdu. Azerisport.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, müqavilə hər iki tərəfin razılığı ilə pozulub. Bununla belə, Cavadov klubun heyətində olan 7 ay ərzində bir dəfə də olsun rəsmi görüşdə meydançaya çıxmayıb. Ehtimal olunur ki, Vaqif karyerasını "Bakı"-da davam etdirəcək.
