17 avqust 2010 16:40
Kəmran Ağayev: Çempion olacayıq
Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun qapıçısı Kəmran Ağayev azerisport.az saytına komandasının çempionatın ilk turlarında çıxışı barəsində danışdı.
"Çempionatı heç də pis başlamadıq. Sona kimi bu cür getmək istiyərdik. Əgər bütün oyunlarımızda gələbə qazansaq, onda 100 faiz çempion olacayıq", - qapıçı dedi.
Ağayevin sözlərinə görə, onlar iki ciddi komanda üzərində qələbə qazanıblar: "Qəbələ" (1:0) və "Simurq" (2:0) ambisiyaları olan klublardı və inanın ki, digər komandalarla da çətin olacaq. Düzdü, bu hələ ki mövsümün əvvəlidi və nəyə qadir olduğumuz haqqında danışmaq tezdi".
