17 avqust 2010 17:28
Marsel Milan`a təklif verdi
Fransanın "Marsel" klubu hücumçu axtarışını davam etdirir. Azerisport.az xəbər verir ki, bundan əvvəl marsellilər "Fiorentina"-dan Alberto Cilardino və "Sevilla"-dan Luis Fabianonu almaq istəyirdilər.
Qeyd edək ki, keçən həftə komandanın hücumçusu Mamadu Nyanq "Fenerbahçe" klubuna keçdi. Klubun məşqçilərin yeni hədəfi "Milan"-ın hücumçusu Klas-Yan Hüntelar oldu. Bu oyunçuya görə "Marsel" Hatem Ben Arfanı təklif edir. Fransa yığmasının oyunçusu ilə klubun rəhbərliyi arasında münaqişə yaranıb. Ben Arfa komanda ilə birgə məşq etməydən imtina edib və klubu dəyişirimək istəyini bildirib.
Mənbə: Football Italia
