17 avqust 2010 11:53
Vaqif Cavadovla daha bir Rusiya klubu maraqlanır
Baxmayaraq ki, Azərbaycan yığmasının və Hollandiyanın "Twente" klubunun hücumçusu Vaqif Cavadov demək olar ki "Bakı" ilə keçidi ilə bağlı razlıq əldə olunub, futbolçu daha bir Rusiya klubunun maraq dairəsinə düşüb. Azerisport.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 21-yaşlı hücumçunu "Saturn" komandası heyətinə qatmaq istəyir. Xatırladaq ki, bu komandadan başqa Rusiyanın "Rubin", "Terek" və "Krılya Sovetov" klublarıda Cavadovla maraqlanırlar.
