17 avqust 2010 00:04

XL dünya çempionatında iştirak etmiş futbolçunu izmaladı (FOTO)

Azərbaycanın "Xəzər-Lənkəran" klubu bu gün yeni futbolçu ilə müqavilə imzaladı. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, XL Kosta-Rikalı Uinston Antonio Parks Tifet (Uinston Parks) ilə iki illik müqavilə imzalayıb.

Futbolçunun ilk oynadığı komanda doğma Limon şəhərinin "Limonense" klubu olub. O, 1999-cu ildə Nigeriyada, daha sonra Argentinada 20 yaşa çatmayan gənclər arasinda dünya çempionatında öz ölkəsinin milli komandasında çıxış edib. 2000-ci ildə Uinston Parks Avropaya gedərək orada İtaliyanın "Udineze" klubu ilə anlaşıb və 1 ildən artıq bu komandanın şərəfini qoruyub. Daha sonra futbolçu həmin ölkənin “Askoli” klubuna keçib. 2002-2006-cı illəri Parks Rusiyanın “Lokomotiv” klubuna keçib, iki dəfə bu ölkənin çempionluğunu qazanıb və superkubokun qalibi olub. Premyer Liqada 64 matçda 13 qol vuran Parks Rusiyada "Lokomotiv"-dən başqa "Saturn"-un da şərəfini qoruyub. 2006-2007 mövsümünü Uinston Parks Çexiyanın Liberek şəhərinin "Slovan" klubunda çıxış edib, sonra isə doğma ölkəsinə qayıdıb və orada 2007-2008 mövsümündə yerli "Alaxoela" komandasında keçirib. 2008-ci ildən isə o Rumıniyanın "Timişoara" klubunda çıxış edib.
 
Qeyd etmək lazımdır ki, Uinston Parks Azərbaycana transfer olunan ilk əcnəbi futbolçudur ki ölkəsinin milli yığmasının tərkibində dünya cempionatlarında iştirak edib. Məhz bu futbolçu 2002-ci ildə Yaponiyada və Cənubi Koreyada keçirilən Dünya çempionatında üçüncü yer qazanan Türkiyənin qapısına qol vurub (1:1). Ümumiyyətlə Uinston Parks artıq 10 ildir ki Kosta-Rika milli yığmasının üzvüdür. Son iki həftə bundan öncə bu ölkə millisinin heyyətində o, İsveçrə millisinə top vurmaqla da fərglənmişdir (1-0).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.