17 avqust 2010 12:23
UEFA mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb
UEFA 2009/10 mövsümün ən yaxşı futbolçusu adına 12 namizədin adını açıqlayıb. Azerisport.az xəbər verir ki, həmin mükafat avqustun 26-sı Monakoda Avropa Çempionlar liqasının püşkatma mərasimi çərçivəsində təqdim olunacaq.
Bundan əlavə hər 4 ampluanın ən yaxşısı seciləcək. Avromövsümün ən yaxşı futbolçularını ÇL-2009/10-nun 1/8 finalında iştirak edən komandaların baş məşqçiləri seçəcək.
Qapıçılar: Julio Sezar ("Inter"), Uqo Lyoris ("Lion"), Viktor Valdes ("Barcelona")
Müdafiəçilər: Lusio ("Inter"), Duqlas Maykon ("Inter"), Herard Pike ("Barcelona")
Yarımmüdafiəçilər: Xavi ("Barcelona"), Aryen Robben ("Bayern Münich"), Uesli Sneyder ("Inter")
Hücumçular: Lionel Messi ("Barcelona"), Diyeqo Milito ("Inter"), Ueyn Runi ("Manchester United").
Mənbə: uefa.com
