17 avqust 2010 12:45
Almanlar Özili buraxmaq istəmirlər
Almaniyanın "Werder" klubu Madridin "Real" komandasına rahat həyat vermək niyyətində deyil. Azerisport.az xəbər verir ki, indi almanlar Mesut Özilin transferinə görə 30 milyon avro istəyir.
Xatırladaq ki, bundan əvvəl almanlar 20 milyon avro tələb edirdilər, lakin "Kral klubu" ancaq 14 milyon ödəməyə hazır idi. Məlumata görə, bununla belə danışığları bitmək lar, çünki madridlilərin prezidenti Florentino Peres 2011-ci ildə azad agent statusunu alacaq futbolçuya görə bu məbləği heç vax ödəməyəcək.
"Real" Almaniya millisinin futbolçusu ilə artıq şifahi razılıq əldə olunub. Bu razılığa əsasən, futbolçu "Werder"-lə müqaviləsini bitən kimi "Kral klubunun" heyətinə keçəcək.
Mənbə: AS
