17 avqust 2010 00:59
Diyeqo Forlan: Inter`ə qalib gələcəyik
Madridin "Athletico" klubunun uruqvaylı hücumçusu Diyeqo Forlan bildirdi ki, onun komandası Avropa Superkubokunda Milanın "Inter" klubuna qalib gələ bilər. Azerisport.az xəbər verir ki, həmin görüş avqustun 27-də Monakoda baş tutacaq.
"Bizə qarşı əla oyunçuları olan, ötən mövsümdə böyük uğurlar əldə etmiş əla komanda oynayacaq. Lakin buna baxmayaraq bizim şansımız var. Ümid edirəm ki, biz yaxşı oyun keçirəcəyik və Superkuboku qazanmaq üçün çalışacayıq", - Forlan dedi.
Mənbə: La Repubblica
