18 avqust 2010 13:19
Borussia`nın qapıçısı: Rəqibi keçə bilərik
Almanianın “Borussia” (Dortmund) komandasının qapıçısı Roman Vaydenfeller Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycanın “Qarabağ” klubu ilə görüşdən öncə öz fikirləri ilə bölüşdü.
“Biz dəqiq bilirik ki, bu oyundan nə gözləmək olar. Əvvələr avrokuboklarda etdiyimiz səhvləri təkrarlamamalıyıq. Biz rahat olmalıyıq, çünki rəqibi keçmək üçün nə lazımdı bizdə var”, - azerisport.az xəbər verir ki, bunu qapıçı klubunun rəsmi saytına bildirib.
