18 avqust 2010 13:26
Yurqen Klopp: Azərbaycanlılar doğrudanda futbol oynaya bilirlər
Almanianın “Borussia” (Dortmund) klubunun baş məşqçisi Yurqen Klopp Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycanın “Qarabağ” komandası ilə görüşdən öncə öz fikirləri ilə bölüşdü.
“Mənim pis xəbərim var. Azərbaycanlı oğlanlar doğrudan da futbol oynaya bilirlər. Lakin bizim də bu işdən başımız çıxır. Məqsədlərimizin əksəriyyətini biz evdə yerinə yetirməliyik. Çünki Bakıdaki cavab oyunu gərgin olacaq. Və təkcə rəqibə görə yox, oradaki havaya görə də”, - azerisport.az xəbər verir ki, bunu Klopp alman klubunun rəsmi saytına bildirib.
