18 avqust 2010 14:25
Emin İMAMƏLİYEV: Qələbəyə inanırıq
Azərbaycanın “Qarabağ” klubunun yarımmüdafiəçisi Emin İmaməliyev azerisport.az saytına müsahibə verdi.
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Borussia” (Dortmund) komandası ilə keçirləcək görüşə hazırlıq necə keçir?
Həmişə olduğu kimi. Biz hər rəqibə eyni cür hazırlaşırıq. Hər oyuna biz maksimal hazırlıqlı olmaq üçün var gücümüzü sərf edirik.
Nəzərə alsaq ki, bu dəfəki oyunun statusu başqalarından fərqlənir, yəgin ki, indiki hazırlıq prosesində fərq var?
Bəli, oyun asan olmayavaq. “Borussia” indiyə gədər qarşılaşdığımız rəqiblərdən ən güclüsüdü. Lakin bu o demək deyil ki, biz rəqibə görə nə isə dəyişməliyik. Ola bilsin ki, rəqibin oyunun təhlili daha da yaxşı olacaq.
Sizcə Əfran İsmayılovun yoxluğu sizin oyununuza necə təsir edəcək?
Bu bizim üçün itkidi. Son vaxtlar o əla forma yığmışdı. Bütün komanda onun yoxluğuna heyfislənir. O son oyunlarda çox qol vururdu və bizə Avropa Liqasının 3 mərhələsini keçməyə kömək etdi.
Hesab edirsiniz ki, o Dortmunda qol vura bilərdi?
Bəli. Mən belə hesab edirəm. Lakin indi onsuz oynamağa alışmalıyıq.
Qurban Qurbanov komandanı təkcə “Borussia”-ya yox, həmçinin onun azərkeşlərinə də hazırlaşdırmağa qərar verdi. Süni azərkeşlərin səsi altında məşq etmək necə idi?
Rəqibimizin stadionu 80 mindən artıq azərkeş qəbul edir. Və bu azərkeşlər 90 dəqiqə sakit otrmağı sevmirlər. Təkcə qapıçının arxasında olan tribunalarda 30 mindən artıq azərkeş olur. Bizim Bakıdaki stadiounumuz cəmi 30 min qəbul edir. İndi başa düşürsünüz, necə təzyiq olacaq. Biz heç özümüzü də eşitməyəcəyik.
Belə səs-küy altında oynamısız?
Azərbaycan millisinin heyətində Uelslə Kardiffdə keçirilən oyunda. Onda britaniyalıları 73 min azərkeş dəstəkləyirdi. Biz o oyunu 0:4 hesabı ilə məğlub olduq. Lakin belə səs effektlərin altında biz buna qədər məşq etməmişdik.
Deməli, siz hesab edirsiz ki, bu kömək edə bilər?
Hesab edirəm ki, edəcək. Buna baxmayaraq, tribunalar dolu olanda mənim xoşuma gəlir. Bu cür şəraitdə oynamaq ikiqat xoşdur.
Sizcə, “Qarabağ” almanlara qarşı ilk görüşdə necə oynayamalıdı?
Alman futbolu öz oyunu və intizamı ilə fərqlənir. Udurlar ya da ki uduzrlar - bu fərq etməz, bir templə oynayırlar. Lakin mən “Borussia”-nın imkanlarını şişirdməzdim. Rəqibi yaxşı təhlil etmək lazımdı. Necə ki bunu “Wisla”-ya qarşı etmişdik.
Ağdamlıların “Borussia”-nı keçəcəyinə inanırsız?
Əgər inanmasa idik, onda boş yerə getməzdik. Ən vacibi odur ki, mümkün qədər az səhv edək.
