18 avqust 2010 16:35
Nikolya Anelka: FFF-də klounlar oturub
İngiltərənin "Cheslea" klubunun hücumçusu Nikolya Anelka Fransa Futbol Federasiyasını (FFF) ələ saldı. Azerisport.az xəbər verir ki, FFF futbolçunu Fransa yığmasının 18 oyununa diskvalifikasiya edib.
"Bu insanlar kloundu.Gülməkdən ölürəm. Federasiya yalnız özü barəsində düşünür: onun üzərin ləkə düşməsin. Mənim Loran Blandan yazığım gəlir. Çünki siyasətçilər onu yaxşı futbolçulardan məhrum edir. Və bununlada onusuzda asan olmayan işini daha da çətinləşdirirlər", - Anelka dedi.
Xatırlayaq ki, Anelkanın disvalifikasiyası səbəbi onunla millini keçmiş baş məşqçisi Raymon Domeneklə arasında olan münaqişə oldu.
Mənbə: France Soir
