18 avqust 2010 16:55
Yeni mövsümdə təzə topla (FOTO)
İtaliyanın Seria A, İspaniyanın La Liga və İngiltərənin premyer-liqası yeni mövsümdən etibarən Nike Total 90 Tracer topu ilə oynayacaqlar. Azerisport.az xəbər verir ki, bu top artıq premyer-liqanın birinci turunda ilk sınağdan keçib.
Topun istehsalçısı bildirir ki, onun əsas xüsusiyyətləri - hərəkət traektoriyasının sabitlik, dəqiq nəzarət.
"Topun oyunda böyük rolu var: o zərbənin və görüşün nəticəsini müəyyən edə bilər. Total 90 Tracer topu rahat və nəzarət olunan topdu. Mən özümü tam arxayın hiss edə bilərəm, çünki bilirəm ki, top zərbəmdən sonra mən istədiyim yerə uçacaq", - bunu Nike şirkətinin mətbuat xidmətinin məlumatına görə Madridin "Athletico" klubunun hücumçusu Serxio Aquero bildirib.
Mənbə: sports.ru
