18 avqust 2010 17:03
Borussia daha bir hücumçusunu itirdi
Almaniyanın "Borussia" (Dortmund) klubunun hücumçusu Kevin Qrosskroyts Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycanın "Qarabağ" komandası ilə sabahki oyunda iştirak edə bilməyəcək. Azerisport.az xəbər verir ki, futbolçunun zədəsi gözlənildiyindən daha ciddi oldu, və həkimlərim səylərinə baxmayaraq, o sabahki oyunda meydançaya çıxa bilməyəcək. Lakin Bakıdaki oyuna o tam sağalacaq.
