18 avqust 2010 17:58
Yurqen Klopp: Qarabağ`ın oyunçuları yaxşı futbol göstərir
Almaniyanın "Borussia" klubunun baş məşqçisi Yurqen Klopp Avropa Liqasının play-off mərhələsi çərçivəsində Azəbaycanın "Qarabağ" komandası ilə sabah keçiriləcək oyundan öncə mətbuat konfransı keçirdi.
"Rəqib haqqında kifayət qədər məlumat topladıq. Onlar haqqında hətta həftənin sonunda Leverkuzenin "Bayer" komandasından da çox bilirik. "Qarabağ"-ın əsas gücü oyunçuların taktiki çevikliyindədir. Həmiçinin bu oyunçular yaxşı futbol göstərir", - azerisport.az xəbər verir ki, bunu Klopp bildirdi.
