18 avqust 2010 18:10
Qurban Qurbanov: Borussia`ya təslim olmaq niyyətində deyil
Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının play-off mərhələsi çərçivəsində Almaniyanın "Borussia" (Dortmund) komandası ilə sabah keçiriləcək oyundan öncə mətbuat konfransı verdi.
"Borussia" sürətli futbol oynuyur. Ancaq "Qarabağ" təslim olmaq niyyətində deyil. Yerli azərkeşlər məni qorğudurmu? Biz onlardan qorxmuruq. Tribunalar azərkeşlərlə dolu olanda biz futboldan daha da çox ləzət alırıq", -azerisport.az ağdamlıların rəsmi saytına istinadən xəbər verir ki, bunu Qurbanov dedi.
