18 avqust 2010 18:20
Borussia`nın Qarabağ`la oyuna heyəti
Almaniya mətbuatı "Borussia" (Dortmund) komandasının sabah Azərbaycanın "Qarabağ" klubu ilə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək oyuna olan heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, alman mətbuatının versiyasına görə, dortmundluların heyəti belə olacaq:
Vaydenfeller – Şmeltser, Hummels, Subotiç, Ovomoela – Şahin, Kel – Kaqava, Levandovski, Blasşikovski – Barrios.
