18 avqust 2010 18:40
Özil "Kral klubu" ilə müqavilə imzaladı
Almaniya yığmasının yarımmüdafiəçisi Mesut Özil Madridin "Real" klubunun oyunçusu oldu. Azerisport.az xəbər verir ki, futbolçu komanda ilə 6-illik müqavilə imzaladı. Bu gün Özil təqdimat mərasimi də keçirildi. Mərasimdə "Real"-ın rəhbərliyi və əfsanavi futbolçusu Emilio Butragenyo iştirak etmişdi. Ötən mövsümdə Özil Almaniya çempionatında 31 oyun keçirib və 9 qol vurub.
Mənbə: realmadrid.com
