19 avqust 2010 02:29
Fərid Quliyev: Mpenzadan geri qalmıram
Azərbaycanın "Neftçi" klubunun hücumçusu Fərid Quliyev azerisport.az saytına komandada belə rəqabət olduğunu gözləmədiyini bildirdi. "Belə rəqabəti gözləmirdim. Lakin bu demək deyil ki, mən rəqabətdən qorxuram. Mən özümə inanıram və əsas heyətdə yer almaq üçün mübarizə aparmağa hazıram. Mən Mpenza və Nəsimovdan heç də geri qalmıram. Ötən mövsümün ən yaxşı bombardiriyəm və məndə nəyəsə qadirəm", - Quliyev dedi.
