19 avqust 2010 02:45
Cavadov Twente`də qala bilər
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Hollandiyanın "Twente" klubunda daha altı ay qala bilər. Azerisport.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Mişel Prüdomm bildirdi ki, o azərbaycanlı futbolçunu yaxın görüşlərdə meydançaya buraxmaq istəyindədi. Əgər Cavadov onun ümidlərini yenə də doğrulda bilməsə, o zaman müqavilənin pozulması məsələsi artıq qışda gündəmə gələcək.
