19 avqust 2010 16:28
AFA-nın prezidenti: Maradonanı qaytarmağa hazıram
Arqentina Futbol Assosiasiyasının (AFA) prezidenti Xuio Qrondona bildirdi ki, o vaxtıylə Diyeqo Maradonanı ölkə yığmasının baş məşqçi vəzifəsinə təyin etdiyinə görə heyfislənmir. Azerisport.az xəbər verir ki, onun sözlərinə görə, məşqçilər korpusu isə Maradonadan tam fərqli idi.
"Mən yenidən Maradonanı "albiseleste"-nin baş məşqçi vəzifəsinə qaytarmağa hazıram. Lakin bu onun köməkçilərinə aid deyil. Əlbətdə, mən razıyam ki, məşqçi köməkçilərini özü seçməlidi. Ancaq bu seçim digərlərin rəyləri ilə razılaşdırılmalıdı", - Qrondona bildirdi.
Mənbə: Marca
