19 avqust 2010 16:47
"Mançesterə qələbələr üçün gəlmişəm"
İngiltərənin "Manchester City" klubunun yeni transferi Ceyms Milner karyerasını məhz bu komandada niyə davam etdirəcəyi barəsində danışdı.
"City"-nın baş məşqçisi söhbətimiz sonunda dedi ki, mən növbəti oyuna hazırlaşım. Sonra isə əlavə etdi ki: "Premyer-liqanın qalibi olmağa hazırlaş". Bu isə məhz mənim əsas məqsədimdi. Məhz buna görə mən "Manchester City"-yə gəlmişəm. Mən kifayət qədər ambisiyalı insanam, mükafatlara sahib olmaq istəyirəm. Əminəm ki, biz öz məqsədlərimizə çatacayıq", - azerisport.az xəbər verir ki, bunu Milner bildirdi.
Mənbə. mcfc.co.uk
