19 avqust 2010 11:47
Maksim Medvedev: İmkan düşdükcə qol vurmalıyıq
Azərbaycanın "Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedev bu gün Almaniyanın "Borussia" (Dortmund) komandası ilə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək ilk görüşün ərəfəsində azerisport.az saytına öz fikirləri ilə bölüşdü.
"Komanda təmamiylə hazırdı. Müdafiə isə rəqibin hücumlarına hazırdı. Öz qapımızdan top buraxmamalıyıq və imkan düşdükcə özümüz qol vurmalıyıq. Nəyə görə bu cür kollektivlə "Borussia"-nı keçnməyək? Bu ki "Barcelona" deyil", - Medvedev dedi.
