19 avqust 2010 12:58
Andreys Rubins: Rəqibdən çəkinməməliyik
Azərbaycanın "Qarabağ" klubunun yarımmüdafiəçisi Andreys Rubins bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın "Borussia" (Dortmund) komandası ilə keçiriləcək ilk görüşdən öncə azerisport.az saytına öz fikirlərini bildirdi.
"Oyun bir bayram olacaq. Ümid edirəm ki, bu bayram oyundan sonra da davam edəcək. Çalışmalıyıq ki, oyunda tam gücümüzü göstərək. Rəqibdən çəkinməməliyik. Sadəcə meydançaya çıxıb və oynamalıyıq. Bilirəm ki, çoxlu tamaşaçı toplaşacaq. Lakin bu oyunun bir hissəsidi, bundan qaçmaq olmaz. Mənim əsas heyətə düşməyimə gəldikdə isə, deyə bilərəm ki, əgər məşqçi məni ilk oyundan meydançaya buraxırsa, deməli mən onu qane edirəm", - Rubins dedi.
