20 avqust 2010 13:28
Rəşad Sadıqov: Bu cür oyunla uğurlu nəticə əldə etmək olmaz
Avropa Liqasının pley-off mərhələsidə keçirilən "Borussia" (Dortmund, Almaniya) – "Qarabağ" (Ağdam, Azərbaycan) ilk oyunundan sonra (0:4) Azərbaycan klubunun müdafiəçisi Rəşad Sadıqov məğlubiyyət haqqında azerisport.az saytına öz fikirlərini bildirdi.
"Avropa Liqasının ötən altı oyununda buraxmadığımız səhvləri indi etdik. Bu cür oyunla uğurlu nəticə əldə etmək olmaz. Bu mərhələyə biz hər bir futbolçunun səyi nəticəsində gəlib çıxdıq və inidki çətin məqamda kimisə günahlandırmaq düzgün olmaz. Oyunu planımıza uyğun başladıq, hücuma keçirdik, lakin ikinci top sanki hər şey "sındırdı". Hesab edirəm ki, bu bizim gücümüz deyil. Bundan yaxşı oynaya bilərdik", - Sadıqov dedi.
