20 avqust 2010 13:52
Nuri ŞAHİN: Cavab görüşdə Qarabağ`dan təmamiylə başqa oyun görəcəyimizə əminəm
Avropa Liqasının pley-off mərhələsidə keçirilən "Borussia" (Dortmund, Almaniya) – "Qarabağ" (Ağdam, Azərbaycan) ilk oyunundan sonra (4:0) alman klubunun yarımmüdafiəçisi Nuri Şahin azerisport.az saytınını suallarına cavab verdi.
Oyun haqqında nə deyə bilərsiz?
Erkən qol vurmaq üçün hər şey etdik. Bunu hətta dörd dəfə edə bildik. Deyə bilərəm ki, bizim üçün oyun əla keçdi.
Qələbə asan alındı?
"Borussia" əla oynadı, buna görə də qələbə qazandı. "Qarabağ" mübarizə aparırdı, oyuna aktiv başladı. Görünürdi ki, yaxşı hazırlaşıblar.
Rəqib komandanın oyunu sizə hansısa bir təsir bağışladı?
Heç kəsi ayrılıqda qed etmək istəməzdim. Hesab edirəm ki, komanda da bütün futbolçular yaxşıdı. Onlar nümayiş etdirdilər ki, yaxşı kollektiv qurular. Biz isə doğma divarlar arasında, azərkeşlərimizin dəstəyi altında oynadıq və layiq olduğumuz qələbəni əldə etdik.
Bakıya turist kimi gələcəksiz?
Belə deməzdim. "Borussia" kimi komandaya hər bir oyun vacibdir. İçtimaiyyət bizi seyr edir. Biz meydançaya elə-belə top oynatmağa çıxa bilmərik.
Deməli, cavab qarşılaşmasında yenidən qələbə qazanmaq istəyirsiz?
Əminəm ki, cavab oyununda "Qarabağ" təmamiylə başqa oyun göstərəcək və bizə çətin olacaq. Qələbə qaznmağa çalışacayıq. Ümid edirəm ki, bizim məqsədlərimiz reallaşacaq. Ancaq istirahət günlərində bizi "Bayer"-lə oyun gözləyir. Çempionat haqqında fikirləşmək lazımdır.
Azərbaycana yola düşməməzdən əvvəl bundesliqanın ilk turu oyununu keçirəcəksiz. Bu oyun sizi yormaz?
Mövsüm hələ təzə-təzə başlayıb. Biz hələ ki tam hazır deyilik. Buna görə də, nə qədər çox oyun keçirsək, o qədər də bütün komanda üçün yaxşı olar.
Yeri gəlmişkən, oktyabrda siz yenə də Bakıya və yenə də Almaniyadan gələcəksiz.
(Gülür) Allah qoysa, Türkiyə və Azərbaycan yığmaları hamımızı sevindirəcək. Bütün azərbaycanlı qardaşlarımı salamlayıram.
