20 avqust 2010 14:07
Gəncə Kamerun yığmasının futbolçusunu imzaladı
Azərbaycanın "Gəncə" klubu heyətini legioner futbolçu ilə gücləndirib. Azerisport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, klub 34 yaşlı kamerunlu futbolçu Qi Arman Feçin ilə müqavilə imzalayıb. Yeni klubunda 25 nömrəli formada çıxış edəcək təcrübəli futbolçunun adı komandanın cari mövsüm üçün iştirak ərizəsinə daxil edilib.
Qeyd edək Feçin Polşanın "Wisla", Yunanistanın PAOK, İsveçrənin "Sent-Qallen" kimi klublarında çıxış edib. Feçin həmçinin Kamerun milli komandasının heyətində keçirdiyi 18 oyunda 7 dəfə fərqlənib.
