20 avqust 2010 02:44
Qurban Qurbanov: Topa sahib ola bilmirdik
Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Almaniyanın "Borussia" (Dortmund) komandası ilə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləm ilk oyundan sonra (0:4) mətbuat konfransında jurnalistlərin suallrına cavab verdi.
"Biz bacardığımız kimi oyun göstərmədik. Rəqib güclü idi, lakin mən hesab etmirəm ki, biz bu cür hesaba layiq idik. Oyunçular səhv buraxırdı, indi isə biz onları araşdırmalıyıq. Cavab oyunundan nə gözləyirəm? Biz əlimizdən gələni edəcəyik ki, Avropa Liqasını tərk etsək, bunu layiqli edək və azərkeşləri sevindirək. "Borussia"-nı təbrik edirəm və növbəti oyunlarında uğurlar arzulayıram.
Rəqibimiz topu yaxşı saxlayırdı, biz ona sahib ola bilmirdik. Dördüncü qoldan sonra isə rəqib oyunun tempini aşağı saldı, biz isə heç bir təhlükə yarada bilmədik", - azerisport.az xəbər verir ki, bunu Qurbanov dedi.
