20 avqust 2010 15:06
Hollandiya yığmasının futbolçusu Inter`ə keçə bilər
İtaliyanın "Inter" klubu İngiltərənin "Liverpool" komandasının yarımmüdafiəçisi Dirk Küytün keçidinin şərtlərini razılaşdırdı. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı Hollandiyanın De Telegraaf nəşri yaydı.
Məlumata görə, saziş artıq bu gün bağlanıla bilər. Xatırladaq ki, dünən Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən Türkiyəni "Trabzonspor" klubu ilə oyunda (1:0) Küyt iştirak ərizəsinə daxil olunmamışdır. Bu onu göstərir ki, ingilslər Küytü avrokuboklarda oynadmaq istəmirlər, çünki bu zaman o "Inter"-in heyətində Çempionlar Liqasında çıxış edə bilməzdi.
Qeyd etmək lazımdır ki, "Liverpool"-un baş məşqçisi Roy Hocson holland futbolçunun keçidini təkzib etdi.
