20 avqust 2010 15:23
Borussia`nın başçısı: Qarabağ qapıçının səhvlərindən şoka düşdü
Dortmund "Borussia" klubunun başçısı Hans-Yoahim Vatske komandasının Azərbaycanın "Qarabağ" klubu üzərində Avropa Liqasının pley-off mərhələsində əldə etdiyi qələbə barəsində öz fikirləri ilə bölüşdü. "Qarabağ" qol buraxdığı ana kimi çox layiqli görsənirdi. Mənə elə gəlir ki, onlar qapıçılarının səhvlərindən şoka düşdülər. Bir-iki qol epizodlarında o topu əlində sazlaya bilmədi", - azerisport.az xəbər verir ki, bunu Vatske bildirdi.
