21 avqust 2010 02:23
Qurbanov qələbə əvəzinə qırğın gördü (YENİLƏNDI)
Bu gün "Adanaspor" – "Mersin İdmanyurduspor" komandaları arasında keçirilən görüşlə Türkiyə birinci divizonunun oyunları start götürdü. Azerisport.az xəbər verir ki, qonaq komandanın heyətində Azərbaycan yığmasının sabiq futbolçuları İlqar Qurbanov və Ernani Pereyra oynuyur. Oyun 0:0 hesabı ilə bitdi. Qurbanovmeydançada 62 dəqiqəyə kimioynayırdı, sonradanisə əvəzləndi.
Qeyd edək ki, görüşün ilk yarısında azərkeşlər və polis arasında hadisə baş verdi. Bu hadisənin nəticəsində 23 nəfər xəstaxanaya yerləşdirilib. Gərginlik o dərəcəyə çatmışdır ki, hakim hətta hər iki komandanın baş məşqçilərini meydançadan qovmuşdu.
