20 avqust 2010 17:21
Əfran İsmayılov: Komandadan belə futbol gözləmirdim
Avropa Liqasının pley-off mərhələsində Almaniyanın "Borussia" komandası ilə oyunu buraxmalı olan Azərbaycanın "Qarabağ" klubunu yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına bu məğlubiyyətlə bağlı (0:4) öz fikirlərini bildirdi. "Açığı deyim ki, komandadan belə futbol gözləmirdim. Düşünürdüm ki, ya heç-heçə edəcəyik, ya da ki 0:1, 0:2 hesabı ilə məğlub olacayıq. Belə də uduzmaq olar, lakin bu cür oyunla yox. Ümid edirəm ki, Bakıda təmamiylə başqa oyun və daha uğurlu nəticə əldə edəcəyik", - İsmayılov bildirdi.
