20 avqust 2010 12:19
Qurban QURBANOV: Biz özümüz Borussia üçün şərait yaradırdıq
Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Almaniyanın "Borussia" komandasına Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyundaki məğlubiyyətdən sonra (0:4) azerisport.az saytının suallarına cavab verdi.
Bu sayda buraxılan səhvlərin səbəbi nədədir?
Rəqib oyunu ilə öz gücünü göstərdi. Top bizə düşən kimi rəqibin iki-üç futbolçusu oyunçumuz əhatə edirdi. Çoxlu səhv buraxdıq. Onlardan biri də komandada özünə inamı pozdu.
Hansı səhv oyunda həlledici oldu?
Demək olar ki ilk qolun epizodu. Bundan sonra daha bir neçə səhvlər oldu, misal üçün, İmaməliyev tərəfindən. Belə oynamaq olmaz. Biz özümüz "Borussia" üçün şərait yaradırdıq.
Fasiləyə 0:4 hesablı məğlubiyyətnən gedəndə, oyunçulara nə dediniz?
Bu komandanın daxilində qalacaq.
Dortmund oyunu "Qarabağ"-a gələcək avrokuboklarındaki çıxış üçün təcrübə verəcəkmi?
Sözsüz. Əgər biz inkişaf etmək, irəliləmər istəyiriksə, o zaman bu cür görüşləri oynamaq lazımdır.
Oyunsonrası mətbuat konfransında siz bildirdiniz ki, azərkeşləri sevindirmək istəyirsiz. Bakıda bir həftədən sonra keçiriləcək oyundan nəyi gözləyirsiz?
Əlbətdə, qalib olmaq istəyirik. Lakin əvvəlcədən hər şey necə olacaq demək çətindir. Amma hesab edirəm ki, doğma divarlar arasında daha inamlı oyun göstərəcəyik.
