20 avqust 2010 00:26
Vaqif Cavadov Twente`nin rəhbərliyi ilə görüşəcək
Azərbaycanın futbol üzrə yığmasının hücumçusu Vaqif Cavadovun Hollandiyanın "Twente" klubundaki gələcəyi həftənin sonuna kimi həll olunacaq. Futbolçunun atası Fizuli Cavadov azerisport.az saytına bildirdi ki, həftənin sonuna kimi Vaqif Hollandiya çempionun rəhbərliyi ilə görüşməlidi. Onun sözlərinə görə, Vaqif başqa bir kluba keçidə hələ ki razılıq verməyib.
