20 avqust 2010 12:39
Sindzi Kaqava: Qarabağ`ı unudmaq lazımdır
Avropa Liqasının pley-off mərhələsidə keçirilən "Borussia" (Dortmund, Almaniya) – "Qarabağ" (Ağdam, Azərbaycan) ilk oyunundan sonra (4:0) alman klubunun yarımmüdafiəçisi, Sindzi Kaqava komandasının qələbəsi haqqında öz fikirlərini bildirdi. "Azərkeşlər fantastik idi. Biz oyunu əla başladıq. Və artıq ilk hissədən sonra biz 4:0 hesabı ilə qalib gəlirdik. Lakin ikinci hissədə biz tempi aşağı saldıq. Buna baxmayaraq mən üçüncü topu da qapıdan keçirdə bildim, amma hakim onu saymadı. İndi isə "Qarabağ"-la oyunu unudmaq lazımdır. İrəlidə "Bayer"-lə qarşılaşma var", - azerisport.az xəbər verir ki, bunu Kaqava dedi.
