21 avqust 2010 22:49
Neftçi qələbə qazandı, İnter, XL və AZAL heç-heçə etdilər (YENİLƏNDİ)
Bu gün Azərbaycan çempionatının 3-cü turun oyunları start götürdü. Azerisport.az xəbər verir ki, bu günki görüşlərdə turnir cədvəlinin hər üç lideri – "İnter", "Xəzər-Lənkəran" və AZAL – öz oyunlarını keçirdi.
Neftçi – Simurq - 4:0 (oyun başa çatdı)
Artıq 2-ci dəqiqədə Bahodir Nəsimov özünün çempionatda artıq 3-cü, komandasının oyunda birinci qolunu vurur. 35-ci dəqiqədə Rəşad Abdullayev hesabı 2:0 edir. 44-cü dəqiqə Nəsimov oyunda özünün ikinci komandasının 3-cü qolunu vurdu. Nəsimov çempionatda ilk het-triki rəsmləşdirir - 74-cü dəqiqə, hesab 4:0.
XL – İnter - 0:0 (oyun başa çatdı)
Gəncə – AZAL - 1:1 (oyun başa çatdı)
42-ci dəqiqədə meydan sahiblərinin heyətində qolub Junivan vurdu. Oyunun 70-ci dəqiqəsində Nduka hesabı bərabərləşdirir - 1:1.
