21 avqust 2010 03:03
Fenerbahçe hücumçusu ilə yollarını ayırdı
Türkiyənin "Fenerbahçe" klubu braziliyalı hücumçu Deyvidlə müqaviləni pozdu. Azerisport.az xəbər verir ki, müqavilə hər iki tərəfin qarşılıqlı qazılığı ilə pozuldu. 30-yaşlı futbolçu vətəninə dönmək niyyətindədi və orada "Flamengo" klubuna keçə bilər.
"Mən Türkiyədə dörd il oynadım. İndi mənə başqa stimul lazımdır. Azərkeşlərimizin sevgisini çox qiymətləndirirəm. Ümid edirəm ki, Braziliyada da mənə belə yanaşacaqlar. "Flamengo" ilə müqaviləni tez bir zamanda bağlamaq və komandada məşqlərə başlamaq istəyirəm", - Deyvid dedi.
Deyvid "Fenerbahçe"-nin heyətində 2006-cı ildən çıxış edirdi. Klubda 104 oyun keçirdi, 25 qol vurdu.
Mənbə: ESPN
