22 avqust 2010 13:05
İspaniya Superkuboku: Messi Barcelona`ya qələbə qazandırır
İspaniya Superkubokunun cavab oyununda "Barcelona" öz meydançasında "Sevilla"-nı darmadağın etdi. Azerisport.az xəbər verir ki, oyun 4:0 hesabı ilə kataloniyalıların xeyirinə bitdi.
Oyunda qolları Konko (13, öz qapısına) və Messi (24, 43, 89) vurdular.
Qeyd edək ki, ilk oyunda Andalusiya təmsilçisi 1:3 hesabı ilə qalib gəlmişdir.
