22 avqust 2010 23:38
Şükürovun komandası qələbəni əldə edə bilmədi (YENİLƏNDİ)
Bu gün Rusiya Premyer-liqasının 18-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi "Anjı" klubu qonaq meydançasında Vladiqafqazın "Alaniya" komandası ilə qarşılaşdı. Şükürov əsas heyətdə yer almışdır.
İlk yarıdan sonra hesab açılmayıb. Oyunda ikinci hissə gedir. Şükürov 80-ci dəqiqədə əvəzləndi. Görüş 0:0 hesabı ilə başa çatdı.
