22 avqust 2010 02:57
Kaxaber Tsxadadze: XL-ın bəzi oyunçuları və məşqçiləri "fair-play" qaydalarına riayət etmədilər
Azərbaycan Premyer-liqasının 3-cü turunun "Xəzər-Lənkəran" - "İnter" qarşılaşması qolsuz bərabərliklə başa çatdı. Azerisport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, oyundan sonra komandaların baş məşqçiləri öz fikirləri ilə bölüşdü.
"Gərgin oyun keçdi. "Xəzər-Lənkəran"-nın bəzi oyunçuları və bəzi məşqçiləri "fair-play" qaydalarına riayət etmədilər. Oyun demək olar ki, başabaş mübarizədə keçdi, əks-hücumlardan istifadə etdik. Müəyyən anlarda bəxtimiz gətirmədi. Oyundan şikayət etmirəm, lakin bəzi oyunçularım zədəli idi. Rəqibin bütün oyunlarını izləmişdik. Lakin "Xəzər-Lənkəran"-la bu cür azarkeş dəstəyi ilə oynamaq çox çətindir. Futbolçularıma təşəkkür edirəm", -"İnter" klubunun baş məşqçisi Kaxaber Tsxadadzededi.
"Komanda hələ təzədi, bizə müəyyən qədər vaxt lazımdır. Oyundan razı qaldığımı deyə bilmərəm, lakin oyunçularım yaxşı oynadı. Bizim də bəzi hücumlarımızda bəxtimiz gətirmədi. Yeni oyunçular almaqdayıq, bundan sonra komanda tam oturuşacaq", - "Xəzər Lənkəran" klubunun çalışdırıcısı Mirça Rednikbildirdi.
